İsa Qəmbərin müşaviri AXCP ilə birləşməməyin səbəbindən danışdı
Bizi izləyin

Nida.az

İsa Qəmbərin müşaviri AXCP ilə birləşməməyin səbəbindən danışdı

Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy təmsil etdiyi partiya ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) birləşə bilməməsinin səbəbinə aydınlıq gətirib.

Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy təmsil etdiyi partiya ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) birləşə bilməməsinin səbəbinə aydınlıq gətirib.

S.Əlisoy Trend-ə bildirib ki, AXCP ilə Müsavatın birləşə bilməməsinin kökündə iki əsas səbəb dayanır: "Birincisi odur ki, Müsavatda başqanlığa iddiası olan bir qrup adam var ki, onlar Müsavat Partiyası ilə AXCP-nin birləşməsinin əleyhinədirlər. Çünki bu birləşmədən sonra başqanlığa iddialı adamların artıq birləşmiş partiyanın başqanı olmaq ehtimalı xeyli aşağı düşür".

Onun sözlərinə görə, AXCP-də də bir qrup adam əsas götürür ki, Müsavatla AXCP birləşir və partiyanın başqanı Əli Kərimli olur, İsa Qəmbər isə tarixin arxivinə keçir: "Yəni bu da yalnışlıqdır. Bu funksionerlərin mövqeyi Müsavat-AXCP birləşməsini mümkünsüz edir. Bu adamların kimliyini tampaq sosial şəbəkələrdə 5 dəqiqəlik bir işdir. Nə qədər ki, bu iki ideya var, bu partiyaların birləşməsi mümkün olmayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm