Rus Ermənistanı, rus prezident, rus baş nazir…
Bizi izləyin

Nida.az

Rus Ermənistanı, rus prezident, rus baş nazir…

Ermənistan baş naziri Tiqran Sarkisyan və keçmiş prezident Robert Köçəryan arasındakı iqtisadi “mübahisə” ictimaiyyət arasında istehza ilə qarşılanıb. Hər şeydən əvvəl ona görə ki, Ermənistanda heç bir iqtisadiyyat yoxdur”.

“Ermənistan baş naziri Tiqran Sarkisyan və keçmiş prezident Robert Köçəryan arasındakı iqtisadi “mübahisə” ictimaiyyət arasında istehza ilə qarşılanıb. Hər şeydən əvvəl ona görə ki, Ermənistanda heç bir iqtisadiyyat yoxdur”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözlər Ermənistanın “Lragir” qəzetinin Rusiyanın Ermənistan üzərindəki nəzarətdən bəhs etdiyi yazıda yer alıb.

Yazıda qeyd olunur ki, həm iqtisadiyyat, həm də siyasət hər üç prezidentin dövründə Rusiya qaz korporasiyası və xüsusi xidmət orqanlarına təslim edilib.

“Ermənistan hakimiyyəti açıq şəkildə bildirir ki, Rusiyanın Gümrüdəki bazası və KTMT ölkənin təhlükəsizliyinin qarantıdır. Rusiya Federal Təhlükəsizlik Xidməti erməni sərhədlərinin mühafizəsini həyata keçirir. Təbii qaz “Rosqazprom” tərəfindən paylanılır. Rusiya Ermənistanın dəmir yollarına, “Rosatom” stansiyasına nəzarət edir. Ermənistanın sığorta bazarının demək olar ki, yarısı Rusiya tərəfindən tutulub. Bu yaxınlarda Ermənistanın rabitə bazarı Rusiya telekommunikasiya sisteminə daxil oldu. Artıq “Rosneft”lə razılaşma imzalanıb. Bu isə o deməkdir ki, hətta aviabenzin də “Rosneft”dən alınacaq. Buna görə də aviabiletlər çətin ki, daha ucuz olsun”, - müəllif yazır.

Müəllif N.Ayrumyanın sözlərinə görə, bütün aktivlər yad əllərdə olan bir ölkədə iqtisadi “mübahisə” yalnız aşağıdakı şəkildə aparıla bilər:“Rusiyanın Ermənistandakı aktivlərini kim daha yaxşı idarə edir? Kremli kim daha çox təmin edir? Erməni iqtisadiyyatının müstəqilliyi siyasətin müstəqilləşməsinə nail olmadan mümkün deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm