• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Ərçivanda sakitlikdir”- Son durum

  • Nida.az
  • 22 Fevral 2014 12:49
  • 1 145 Baxış
“Ərçivanda sakitlikdir”- Son durum

“Hazırda Ərçivanda sakitlikdir. Kim etiraz edirdi, onları polis saxlayıb. Cavan uşaqları şöbəyə aparıblar”.
Bu barədə Publika.Az -a Astara rayonunun Ərçivan kənd sakini Fuad Cəfərov məlumat verib. Bu işdə bir təxribatın olduğunu deyən kənd sakini deyib ki, məqsəd aranı qarışdırmaqdır.

Bunu kimin etdiyinə gəlincə, F. Cəfərov deyib ki, eləyənlərin kökü başqa yerdədir. Amma o, konkret ünvan göstərmir.Sakinlərin yenidən etiraz etməsinə gəlincə, F. Cəfərov hazırda belə istəyin olmadığını deyib.

Qeyd edək ki, fevralın 17-də səhər saatlarından Astara rayonunda ciddi gərginliklər yaşanıb. “Odnoklassnik” sosial şəbəkəsində bir neçə şəxsin rayonun Ərçivan kənd sakinlərinin ünvanına nalayiq ifadələr etirazlara səbəb olub. Bundan sonra icra hakimiyyəti nümayəndələri hadisə yerinə gəlib. Vəziyyət sakitləşdikdən sonra bir neçə nəfərin saxlandığı deyilir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR