“Mən KQB-yə yox, KQB mənə işləyirdi" - İDDİA
Bizi izləyin

Nida.az

“Mən KQB-yə yox, KQB mənə işləyirdi" - İDDİA


“O dövrdə mən DTK-ya deyil, DTK mənə işləyirdi. Naxçıvandan kimin cəsarəti var idi ki, mənim əleyhimə çıxsın”.

Bu barədə “Xalq arzusu” hərəkatının təsisçisi Asəf Quliyev Publika.Az –a açıqlamasında onun AXC-nin Naxçıvan şöbəsinin sədri olarkən DTK-ya işlədiyi haqqında yayılan informasiyalara münasib ət bildirərkən deyib. Onun sözlərinə görə, istədiyi adamı çağırıb istədiyi informasiyanı əldə etmək imkanlarına sahib olub: “O dövrdə dövlət orqanlarının hamısı AXC-nin nəzarəti altında idi. Istər DTK, istər Dİn, istərsə digər qurumlar AXC-nin göstərişi mütləq yerinə yetirirdi. Mən də sədr olaraq istənilən informasiyanı əldə edə bilirdim. Yəni DTK mənə işləyirdi, mən DTK-ya deyil”.

A. Quliyev bildirib ki, onun haqqında bu informasiyalar “casus siyahısı” qalmaqalı ilə bağlı fikirlərini açıqladıqdan sonra yayılıb.“Mən casus siyahısı ilə bağlı fikirlərimi açıqladım. Görünür bu, kimlərinsə xoşuna gəlməyib. Amma o zaman doğrudan da AXC tərəfindən götürülmüşdü. Bununla bağlı sənədlər durur. Mən komissiya sədrinin müavini kimi yoxlamalar aparmışam. Ümumiyyətlə son vaxtlar Naxçıvan müxalifətçilərini gözdən salmaq üçün belə kampaniyalar aparılır. Düşünürəm ki, bu iqtidar tərəfindən də ola bilər. Amma məni hamı Naxçıvanda tanıyır, hər kəs bilir ki, məsələ deyildiyi kimi olmayıb”-deyə hərəkat rəhbəri vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm