Əli Kərimlinin qovduğu xanım cəbhəçi partiyadan da gedir?- Açıqlama
Bizi izləyin

Nida.az

Əli Kərimlinin qovduğu xanım cəbhəçi partiyadan da gedir?- Açıqlama


Əli Kərimli tərəfindən partiya sədrinin müşaviri vəzifəsindən çıxarılan Zərifə Məhəddinova AXCP-dən də gedir.
Publika.Az -a AXCP-yə yaxın mənbə bildirib ki, Z. Məhəddinova ilə bağlı gərginlik partiya daxilində hələ də davam edir. Məlumata görə, xanım cəbhəçi özü getmək qırarına gəlib. Onun gedəcəyi yer də artıq məlumdur. Belə ki, mənbə bildirir ki, Z. Məhəddinova Əli Kərimlinin keçmiş müavini Asəf Quliyevin yaratdığı “Xalq arzusu” hərəkatına keçəcək.

Qeyd edək ki, Z. Məhəddinovanın vəzifəsindən çıxarılmasına A. Quliyevlə olan münasibətlərinin səbəb olduğu deyilir. Lakin o, vəzifəsindən getsə də partiyadan getməyəcəyini açıqlamışdı.
A. Quliyev isə Publika.Az -a açıqlamasında bildirib ki, o, AXCP-dən heç kimin hərəkatına gəlməyini istəmir: “Zərifə xanımla münasibətlərimiz var, amma onun özü bildirdi ki, bizim hərəkata gəlmək istəyi yoxdur. Mən ümumiyyətlə bu təşkilata AXCP-dən bizim hərəkata gəlmələrini istəmirəm. Baxmayaraq ki, gəlmək istəyənlər müraciət ediblər, bunun əleyhinə çıxmışam”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm