Cavanşir Paşazadə: “İranda da Xocalı soyqırımına abidə qoyula bilər”
Bizi izləyin

Nida.az

Cavanşir Paşazadə: “İranda da Xocalı soyqırımına abidə qoyula bilər”

“İranda Xocalı soyqırımına abidə qoyula bilər, amma bu, gələcəyin işidir. Bunun olması daha çox iki ölkə arasındakı münasibətlərdən və aparılan siyasətdən asılıdır”.


“İranda Xocalı soyqırımına abidə qoyula bilər, amma bu, gələcəyin işidir. Bunun olması daha çox iki ölkə arasındakı münasibətlərdən və aparılan siyasətdən asılıdır”.

Bu barədə fevralın 8-19-da Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 9-cu sessiyasında iştirak edən Milli Məclisin deputatı Cavanşir Paşazadə Publika.Az –a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, Xocalı soyqırımı həqiqətdir və XX əsrdə bəşəriyyət üçün ən böyük faciələrdən biridir: “Artıq bu həqiqəti dünya ölkələri qəbul etməyə başlayıb. Çünki həqiqəti danmaq olmaz. Gec-tez həqiqət öz yerini tutur. Azərbaycanın apardığı siyasət nəticəsində son illər Xocalı soyqırımı həqiqətini qəbul edən ölkələrin sırası genişlənir. Hesab edirəm ki, hazırda müəyyən siyasətə görə, bunu qəbul etməyən ölkələr də bu həqiqəti qəbul etmək məcburiyyətində qalacaqlar. Soyqırımı abidələri müxtəlif ölkələrdə qoyulacaq. Bu baxımdan, hesab edirəm ki, gələcəkdə İranda da Xocalı soyqırımına abidə qoyula bilər. Biz bunun olmasının çox istəyirik”.

Tehranda keçirilən konfransa da toxunan C. Paşazadə bildirib ki, konfransda Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində gənclər tərəfindən bu məsələ qaldırıldı və təşkilat tərəfindən qəbul edildi: “53 dövlətin nümayəndələri soyqırımının ildönümü münasibətilə bu barədə çıxış etdilər. Xocalıda baş verənlər bir daha soyqırımı aktı olaraq qəbul edildi”.

Millət vəkili qeyd edib ki, bu məsələ İran tərəfindən də müsbət qarşılandı.“Dövlətin mövqeyini tam deyə bilmərəm. Amma konfransa rəhbərlik edən də, məsul katib də İran parlamentinin üzvü idi. Onlar da buna dəstək verdilər”-deyə o vurğulayıb.

C. Paşazadə qeyd edib ki, son 1 ildə İranın Azərbaycana münasibətlərində xeyli müsbətə doğru irəliləyiş var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm