• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

  • Nida.az
  • 22 Fevral 2014 14:55
  • 1 125 Baxış
Almaniyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Almaniyanın Köln şəhərində nüfuzlu Köln Universitetində Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımı ilə bağlı konfrans keçirilib. Tədbir öncə soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonfra isə məruzələr dinlənilib.

Publika.Az xəbər verir ki, tədbirə təşkilatçı Azərbaycandan Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, millət vəkilləri Musa Qasımlı, Rövşən Rzayev, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistləri Birliyinin təmsilçiləri Əli Zülfüqaroğlu, Elnur Eltürk və digərləri qatılıblar.

Köln Azərbaycan Kültür və Mədəniyət Evinin başqanı Altay Rüstəmli bildirib ki, Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər, konfranslar təşkil olunacaq. TürOk başqanı Tanju Can isı diqqətə çatdırıb ki Xocalı soyqırımı bütün türk dünyasının problemidir: “Bu qətliam bütün türk dünyasına qarşı törədilib. Əgər Qarabağda bir əl kəsilibsə deməli bütün türk dünyasının qanı axıb”.

Daha sonra çıxış edən Soyqırım Həqiqətlərini Tnıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov isə bu mövzuda danışmağın onun üçün həddindən artıq çətin olduğunu bildirib. Təkcə ata tərəfdən 40-dan artıq qohumunun itirdiyini deyən C. Ələkbərov Xocalı qətliamınının təkcə türk dünyasına və müsəlmanlara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş soyqırım aktı olduğunu vurğulayıb: “Mən həmin hadisələrin canlı şahidiyəm. Hər dəfə bu mövzuya toxunanda o dəhşətləri yenidən yaşayıram. Ona görə də çox danışmaq istəmirəm. Onu əlavə edim ki, biz Xocalılara dövlətimizin dəstəyi və diqqəti daimidir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin atdığı addımlar, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın, “Xocalıya Ədalət” kampaniyasının rəhbəri xanım Leyla Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki göstərdikləri fəaliyyətləri əvəzsizdir. Bir daha bir Xocalı sakini olaraq burada oturan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm”.

Millət vəkili Musa Qasımlı isə ermənilərin azərbaycanlılara, ümumiyyətlə türklərə qarşı törətdikləri cinayətlərdən, həmçiniin onların tarix boyu həyata keçirdiyi məkrli planlardan danışıb. Onun sözlərinə görə, artıq sübut olunub ki, Ermənistan soyqırım siyasəti həyata keçirdiyi artıq sübut olunub. Ermənilərin əsas hədəfi müsəlmanları tarixi torpaqlarından qovmaq, böyük Ermənistan yaratmaq olub. Daha sonra isə o, getdikcə güclənən Azərbaycan dövlətinin bu problemi həll edəcəyini bildirib: “Xaricdə yaşayan soydaşlarımız ümummilli maraqlar ətrafında birləşməlidirlər”

Millət vəkili Ceyhun Rzayev isə deyib ki, bu istiqamətdə fəaliyyətə başlayan Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərovu dəstəkləmək lazımdır: “O, bu istiqamətdə yeni fəaliyyətə başlayıb, inanırıq ki, ciddi fəaliyyət göstərəcək”. O, bildirib ki, Xocalı soyqırımından qabaq Qaradağlı kəndində soyqırım aktı törədilib: “Amma yaddan çıxarmamalıyıq ki, Ermənistan heç bir zaman Azərbaycana rəqib ola bilməz”.

Daha sonra Səriyyə Cəfərova çıxış edib və Xocalı qətliamı barədə faktlardan danışıb.

Almaniyada yaşayan yazar Orxan Aras isə deyib ki, biz, burada matəm, ağlamaq üçün deyil, qələbəni qeyd etmyə gəlmişik: ”22 il keçməsinə baxmayaraq bu hadisə unuduulmur və getdikcə daha çox tanıdılır”.

Daha sonra isə tədbir panellərlə davam etdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR