Azərbaycanda yeni partiya yarandı
Bizi izləyin

Nida.az

Azərbaycanda yeni partiya yarandı


Dünən yeni yaradılmış Gələcək Azərbaycan Partiyasının (GAP) 1-ci qurultayı keçirilib. Partiyadan Publika.Az -a verilən məlumata görə, AXCP-nin qərargahında keçirilən qurultayAzərbaycan dövlət himni ilə açılıb. GAP- Təşkilat Komitəsinin üzvü, professor Ağa Abdullaoğlu qurultayın aparılması üçün qurultayın katibini və sədrini qurultay iştirakçılarının təşəbbüsü əsasında müəyyən edib.

Namizədlərdən Nəcəfalı Cavanşirli və Əzizə Sanıyeva sədarətə seçilərək qurultayın gedişinə rəhbərlik ediblər.

Sədarət qurultayın gündəliyini səs vermə ilə təsdiq edib.
Gündəliyə bu məsələlər daxil edilib:

1) GAP Təşkilat Komitəsinin 2 aylıq fəaliyyətinin hesabatı

2) Nizamnamə və məramnamənin müzakirəsi və təsdiqi

3) GAP-ın sədrinin seçilməsi

4) GAP Ali Məclisinə üzvlərin seçilməsi

5) GAP İdarə heyətinin üzvlərinin seçilməsi

6) GAP Nəzarət və Təftiş Komissiyasının üzvlərinin seçilməsi

Birinci məsələ ilə bağlı GAP Təşkilat Komitəsinin (TK) sədri Ağasif Şakiroğlu məruzə ilə çıxış edib. O, qurumun Bakını əhatə edən 12 rayon üzrə tam rayon təşkilat komitələrinin formalaşdığını və eyni zamanda Azərbaycanın bölgələrini əhatə edən 27 rayonda təşkilatlanıldığını və artıq həmin rayonlarda da təşkilat komitələrinin yaradıldığını, GAP-ın nizamnamə və məramnamə layihəsinin hazırlandığını və eyni zamanda qurumun bayraq və emblem layihələrinin hazırlanıb qurultaya təqdim edildiyini bildirib.

Daha sonra qurultay üzvləri 2-ci məsələ ilə bağlı müzakirə apararaq nizamnamə və məramnamə layihəsini qurumun ali sənədi kimi qəbul edib.
Qurultay üzvləri Gələcək Azərbaycan Partiyasına sədr seçilməsi üçün gənc fəal Ağasif Şakiroğlunun namizədliyini irəli sürülməsini təklif ediblər. İkinci namizədə ehtiyac görməyən qurultay üzvləri A. Şakiroğlunun namizədliyini səsə qoyaraq yetkilliklə sədrliyini təsdiq ediblər.

Sədr seçildikdən sonra A. Şakiroğlu partiyanın gələcək fəaliyyəti və proqramı ilə bağlı qurultay üzvlərinə geniş məlumat verib. Toplantının davamı olaraq qurultay partiyanın Ali Məclisinə və İdarə Heyətinə üzvlər seçilib.

Qurultayın sonunda qonaqlar-ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədr müavini Fuad Qəhrəmanlı, keçmiş millət vəkilləri Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, VHP funksioneri Pünhan İmamlı və digər şəxslər çıxış edərək yeni yaranan quruma uğurlar arzulayıblar.

Sonda qurultay Ukraynadakı antiYanukoviç düşərgəsinə dəstək ifadə edilən bəyanat qəbul edərək öz işini yekunlaşdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm