“XX yüzilin Ağdamı” kitabı işıq üzü görüb
Bizi izləyin

Nida.az

“XX yüzilin Ağdamı” kitabı işıq üzü görüb


“XX yüzilin Ağdamı” kitabı işıq üzü görüb. Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqlinin müəllifi olduğu kitab Qarabağ mövzusuna həsr olunub. Kitabda Qarabağın giriş qapısı sayılan Ağdam şəhərinin XX əsrdə keçdiyi tarixi inkişaf prosesləri öz əksini tapmışdır.

Publika.Az xəbər verir ki, tədqiqatda şəhərin mədəniyyəti, iqtisadiyyatı, insanları, tarixi inkişaf prosesləri ayrıca bölümlərdə təhlil edilmişdir. Xatirələrlə zəngin olan tədqiqatın hazırlanmasında həm elmi mənbələrdən, həm də Ağdam rayonunda nəşr olunan “Lenin yolu” qəzetinin arxiv materiallarından istifadə edilib.

Qeyd edək ki, bu müəllifin Qarabağa həsr etdiyi üçüncü müəllif kitabıdır. Bundan əvvəl “Ağdam Çörək Muzeyi: dünəni bu günü və sabahı ” adlı tədqiqat, “Qarabağın ağ damı” adlı publisistik yazılar toplusu işıq üzü görmüşdür. 2013-cü ildə V. Tofiqlinin ideya müəllifiliyi və redaktorluğu ilə “Qarabağ muzeyləri” kitabı da işıq üzü görüb.

Tədqiqata öz sözü Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid yazmışdır. Tədqiqatın məsləhətçisi əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva və Söz Azadlığını Müdafiə Fondunun sədri, şair Musa Yaqubdur.
“XX yüzilin Ağdamı” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm