"Qarabağ münaqişəsinin nizamlanması istiqamətində heç bir dinamika yoxdur" - Araz Əzimov
Bizi izləyin

Nida.az

"Qarabağ münaqişəsinin nizamlanması istiqamətində heç bir dinamika yoxdur" - Araz Əzimov

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hazırda ümumiyyətlə, ya mənfi, ya da müsbət - heç bir dinamika yoxdur". Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini deyib: "Ona görə düşünürəm ki, burada söhbət ilk öncə qarşı tərəfin həqiqətən məsələləri həll etməyə hazır olduğundan getməlidir. İkincisi isə Azərbaycan öz mövqeyini süni şəkildə dəyişdirmir. Azərbaycan öz prinsipal mövqeyində qalmaqdadır. Vyana görüşündən əvvəlki və sonrakı mərhələdə də Azərbaycan dövlətinin başçısı prinsipal olaraq öz mövqeyini bəyan etmişdir".

Prezidentlərin növbəti görüşü barədə danışarkən Araz Əzimov bildirib ki, bu barədə heç bir yenilik yoxdur: "Hələlik müzakirə prosesi adlandırılan və prinsipcə ayrı-ayrı görüşlərdən ibarət olan bir proses olduqca nəticə vermir. Lakin Azərbaycan öz mövqeyini bildirərək dəfələrlə bəyan etmişdi ki, biz beynəlxalq hüquq normaları və prinsipləri əsas tutaraq, BMT Təhlükəsilik Şurasının qətnamələrinə uyğun olaraq öz haqqımızı tələb edirik".

A.Əzimov qeyd edib ki, münaqişənin həllinə dair konkret şərait formalaşır: "Yəqin ki, Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalaraq öz mövqeyini dəyişdirməyə məcbur olacaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm