Suriyada döyüşən azərbaycanlılarla bağl RƏSMİ AÇIQALAMA
Bizi izləyin

Nida.az

Suriyada döyüşən azərbaycanlılarla bağl RƏSMİ AÇIQALAMA

"Azərbaycan Suriyadakı vəziyyətin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu və dəstəyini bəyan edib". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.

Nazir müavini qeyd edib: "Suriyada olan hansısa ayrı-ayrı şəxslərin Azərbaycan köklü olması Azərbaycana və Azərbaycanın Suriyaya münasibətinə kölgə sala bilməz. Digər tərəfdən, bunlar Azərbaycan vətəndaşları olsalar da, əlbəttə ki, Suriyaya qeyri-qanuni gedərək orada hansısa fəaliyyətlə məşğul olurlar. Kimlərinsə həlak olması, əlbəttə ki, xoş hal deyil. Digər tərəfdən, bunun arxasında həm insanın şəxsi düşüncəsi, həm də konkret maddi marağı ola bilər. Çünki bildiyiniz kimi bu cür insanlara adətən muzd verirlər. Amma əlbəttə ki, buna genişmiqyaslı proses kimi baxılmamalıdır. Bu, təbii ki, kədərləndirici haldır".

A.Əzimovun sözlərinə görə, bunun qarşısını almaq üçün həm dini, həm də ictimai təhsilin rolu çox vacibdir.

Xatırladaq ki, bəzi azərbaycanlı gənclər Suriyada silahlı münaqişələrdə iştirak edərək edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm