Nida.az
Elşən Musayev: “Xədicəni alnından öpüb göz üstəmi qoymaq lazım idi?”
Demokratik Maarifçilik Partiyasının sədri, politoloq
Elşən Musayev öz “Feysbuk”səhifəsində diqqət çəkən bir status
paylaşıb. Publika.Az həmin statusu olduğu kimi təqdim
edir.
“Ceyhun Osmanlının Xədicə İsmayılla bağlı Baş Prokurorluğa təqdim etdiyi audio-yazı ətrafında gedən müzakirələr mənə uşaqlıqda eşitdiyim çox ibrətamiz bir misalı xatırlatdı: “Demək, bir gün kənddə birinin inəyini oğurlayırlar. Səhər bütün qonşular yığışır və başlayırlar baş verən hadisə ilə bağlı müzakirələr aparmağa. Biri ev yiyəsinə deyir: “bax əgər gecə ayıq yatsaydın başına bu halu-qəza gəlməzdi, digəri deyir: ”həyətin işıqlarını yanıq qoysaydın, inəyini kimsə cürət edib oğurlamazdı”, başqa biri deyir: “gərək tövlənin qapısına bərk qıfıl vuraydın ki, açmaq mümkün olmasın”və s ilaxır...
Əlqərəz, hərə bir versiya irəli sürür və sonucda bir adam hadisənin əsl “qəhrəmanını”, yəni oğrunu ittiham eləmir...
***
İndi haqqında danışılan məsələ də təxminən eyni məzmundadır. Və ya əsl “qəhrəman”- yəni Xədicə, eyni zamanda onun sərgilədiyi iyrənc motivli əməllər qalıb bir yanda, məmə yeyəndən pəpə deyənə qədər hamı Osmanlıya “hüquq”,”qanun” xırdalayır...Həm də müdrikyanə görkəm alaraq!
Halbuki şəxsən mənə çox maraqlıdır: Vətən və dövlətin göz-görəsi bir şəkildə satıldığı yerdə normal adamın verə biləcəyi reaksiya necə olmalı idi? - Xədicəni alnından öpüb göz üstəmi qoymaq lazım idi, yoxsa elədiyi “qəhrəmanlıqdan”dolayı təltif olunması üçün dövlət orqanlarına müraciətmi ünvanlamaq?”
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO