• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Aureliya Qriqoriu başına gələnləri göz yaşları ilə danışır

  • Nida.az
  • 24 Fevral 2014 12:57
  • 424 Baxış
Aureliya Qriqoriu başına gələnləri göz yaşları ilə danışır


Diaspor Jurnalistləri Birliyinin (DJB) Ukrayna üzrə nümayəndəliyinin rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin internet saytının baş redaktoru Qaraş Tağıyev Xocalı soyqırımı ilə bağlı film çəkib.

DJB-dan Publika.Az -a verilən məlumata görə, filmin əsas süjet xəttini Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistan Parlamentində Xocalı soyqırımı ilə bağlı ədalətli çağırışı, Xocalı həqiqətlərini səsləndirməsi və bunun nəticəsində Ermənistanda üzləşdiyi fəlakətlər, təhlükələr təşkil edir.

Xanım Aureliya filimdə ermənilərin nəinki təcavüzkar və mənfur, hətta qonağa və hüquq müdafiəçisinə kobud olduğunu və başına gələnləri göz yaşları ilə danışır. Filmin əsas məqsədi erməni təcavüzkarlığının sərhədsizliyini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Yaxın günlərdə təqdimatı olacaq filmin mətni iki – rus və Azərbaycan dillərində işlənilib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR