“Ukraynada baş verənlərdən Azərbaycan vətəndaşı nəticə çıxarmalıdır”
Bizi izləyin

Nida.az

“Ukraynada baş verənlərdən Azərbaycan vətəndaşı nəticə çıxarmalıdır”


Fevralın 24-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Publika.Az -a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib.

BAXCP İdarə Heyətində Ukraynadakı son olaylar da geniş müzakirə olunub.BAXCP Azərbaycanın strateji tərəfdaşı olan Ukraynada baş verənləri dərin narahatlıqla izləyir və ümid edir ki, davam etməkdə olan siyasi böhran tezliklə aradan qalxacaq, sivil dövlət quruculuğu prosesi sürətlənəcək, ölkənin bütövlüyü qorunacaq. Böhranın tezliklə aradan qalxmasına Azərbaycan hökuməti də öz töhfəsini verməli, yeni qurulmuş hökumətə və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə etməlidir.

BAXCP hesab edir ki, Ukraynada baş verənlərdən hər bir Azərbaycan vətəndaşı nəticə çıxarmalı, Azərbaycanın modernləşməsi prosesi islahatlar yolu ilə sürətləndirilməli, ölkədəki siyasi sabitliyin davamlı olması üçün hər kəs öz məsuliyyətini dərk etməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm