“Radikal müxalifətin Ukrayna hadisələrinə sevinməyə mənəvi haqqı yoxdur” – Niyaməddin Orduxanlı
Bizi izləyin

Nida.az

“Radikal müxalifətin Ukrayna hadisələrinə sevinməyə mənəvi haqqı yoxdur” – Niyaməddin Orduxanlı

Bu gün Ukraynada baş verən hadisələr Azərbaycanda fəaliyyət göstərən sosial şəbəkələrdə geniş müzakirə olunub. BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Ukrayna hadisələrinin Azərbaycanda təsiri ilə bağlı radikal müxalifətin yazdığı statuslara cavab yazıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan radikal müxalifətinin Ukrayna da baş verən hadisələrə sevinməyə mənəvi haqqı yoxdur: "Azərbaycanın radıkal müxalifəti nümayəndələri bütün günü sosial şəbəkədə yazırlar ki, Ukraynada baş verən hadisələr Azərbaycanda ola bilərmi? Bu adamlar başa düşmür ki, Ukrayna müxalifətinə rəhbərlik edən şəxslər Ukraynanın milli maraqlarını qoruyaraq, Rusiyanın maraqlarına xidmət edən və etmək istəyən Yanukoviç hakmiyyəti ilə mübarizə aparırdılar. Bu, həm də o demək idi ki, birbaşa Rusiya ilə savaşırıdılar. Bu gün isə Ukrayna xalqı, həm də Rusiyaya qalıb gəldi.

Ancaq siz , Azərbaycanın radikal müxalifətini təmsil edən şəxslər 2013-cü ildə Rusiyanın layihəsi olan "Milli Şura"da təmsil olunaraq Azərbaycanın milli maraqlarna zərbə vuraraq Rusiyanın tapşırıqlarını yerinə yetirirdiniz! Əvvəlcə, bu gün də Rusiyada yaşayan Rüstəm İbrahimbəyovu namizəd verdiniz, sonra da Cəmil Həsənlini. İndi siz kimi təbrik edirsiniz?! Ukraynada Rusiya məğlub olub! Sizlər Rusiyanın təsiri ilə hakimiyyətə gəlmək istəmirdiniz?! Mən şəxsən inanıram ki, bizim xalq da öz milli maraqlarını qorumaq üçün qanı bahasına olmuş olsa belə, öz müstəqil dövlətini qoruya biləcək addım atardı. Neçə ki, 1995-ci ildə bütün xalq küçələrə çıxıb Heydər Əliyevə dəstək verdi. Bəli, Heydər Əliyevin doğru və düzgün qərarı ilə xalq öz müstəqilliyini qoruyub saxladı!`

Oxumağa davam et
Reklam
Reklam

Gündəm