İsraildə Xocalı soyqırımı ilə bağlı fotosərgisi nümayiş olunub
Bizi izləyin

Nida.az

İsraildə Xocalı soyqırımı ilə bağlı fotosərgisi nümayiş olunub

İsraildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunmuş fotosərgi nümayiş etdirilib. Təl-Əviv Unversiteinin diaspora muzeyində təşkil olunmuş sərginin təşkilatçısı “İsrail-Azərbaycan beynəlxalq Assosiyası olub.

Publika.Az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Fuad Muradov, İsrailin absorbsiya naziri Sofa Landver və daxili işlər nazirinin müavini Faina Kirşenbaum, knessetin deputatları Yoel Razvozov, Rina Frenkel, Fuad Ben-Elizar, İsrailintanınmış ziyalıları iştirak edib.

Fuad Muradov çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbüsü ilə aparılan “Xocalıya ədalət” kampaniyası barədə danışıb. O bildirib ki, aparılan bu kampaniya soyqırım barədə həiqətlərin dünyaya çatırılmasında mühüm rol oynayır.

“Azərbaycan heç kimin torpağını qəsb etməyib. Əksinə, bizim torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon insan ev-eşiyindən didərgin düşüb. Dvlətin apardığı işlər nəticəsində məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılır. Amma o insanlar geriyə qayıtmaq, öz ata-baba yurdunda yaşamaq istəyirlər. Bu işğal və zorakılıq Ermənistana yaxşı heç bir şey verməyib. Bu gün Ermənstan iqtisadi iflas həddinədir. Bizim heç bir xalqa qarşı nifrətimiz yoxdur. Ancaq nə qədər ki, Ermənistanda hakimiyyətdə korrupsiyaçı və işğalçılar oturub Azərbaycanla sülh şəraitində yaşamaq böyük sual altındadır. Biz dialoqa hazırıq, ancaq bir çox güclər bu sülhün baş tutmasında maraqlı deyil”-deyə F.Muradov vurğulayıb.

Deputat qeyd edib ki, Azərbyacn özünü müdaifə etməyə tam gücü var. “Bu qüvvələr bilməlidir ki, Azərbaycan artıq əvvəlki ölkə deyil. Bizim dövlət bir daha öz vətəndaşlarının nahaq qanının axıdılmasına imkan vermyəcək”-deyə F.Muradov bildirib.

Sərgiyə gələnlərin təəsüratı üçün yazdıqları “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm