Novruz Məmmədovdan Con Kerrinin narahatlığına münasibət
Bizi izləyin

Nida.az

Novruz Məmmədovdan Con Kerrinin narahatlığına münasibət

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı icra olunmayan qətnamələrinə toxunub.


Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı icra olunmayan qətnamələrinə toxunub. Publika.Az -a xəbər verir ki, PA rəhbərinin müavini “Tvitter” səhifəsində bildirib ki, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnamələrinin icra olunmamasından dövlət katibi Con Kerri narahatdırsa, Azərbaycanı da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması narahat edir.

“Məgər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasının məsuliyyətini TŞ-nin daimi üzvləri daşımırlar?”-deyə N. Məmmədov vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm