• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Xocalı soyqırımı İstanbulda da anılıb

  • Nida.az
  • 24 Fevral 2014 18:01
  • 797 Baxış
Xocalı soyqırımı İstanbulda da anılıb

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar İstanbul Türkiyə-Azərbaycan Dərnəyi İstanbulda anım tədbiri təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Milli Məclisin üzvləri Aqil Abbas, Elman Məmmədov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Atilla Kaya, Ali Özgündüz, Maltepe Universitetinin professoru Türkan Saylan, Anadolu Aydınlar Ocağının baş katibi İbrahim Öztekin və soyqırımın şahidləri iştirak ediblər.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxışında Xocalı faciəsinin dünyanın 20 ölkəsində soyqırım olaraq qəbul edildiyini söyləyib. Bildirib ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində da soyqırımın tanınmasında mühüm işlər görür.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qarakoyunlu tədbirdə Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın müxtəlif regionlarında məskunlaşan məcburi köçkünlərin qısa zamanda doğma yurdlarına qayıdacağını dilə gətirib.

Tədbirdə "Nerede Adalet, Nerede İnsan Hakları. Bir Daha Hocalı Yaşanmasın" sloqanı ilə fotosərgi də nümayiş olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR