Türkiyədə “paralel dövlət” 7 min şəxsi dinləyirmiş
Bizi izləyin

Nida.az

Türkiyədə “paralel dövlət” 7 min şəxsi dinləyirmiş


Türkiyədə tarixin ən böyük dinləmə hadisəsi ortaya çıxıb.Publika.Az türk mediasına istinadən xəbər verir ki, “17 dekabr” əməliyyatından sonra dövlətin içində təşkilatlanan “paralel dövlət”lə bağlı bir sıra dosyelər aşkarlanıb.
2011/762 nömrəli dosyedə “Selam Terror Təşkilatı” iddiası ilə Ertuğrul Özkökdən Yusuf Ziya Cömerde, MİT şefi Hakan Fidandan daxili işlər naziri Efkan Alaya qədər 7 mindən sonra şəxs terror təşkilatının üzvüdür deyə dinlənilib.

Dinləməni TMK prokurorları Adem Özcan və Adnan Çimen həyata keçirilib. Adıçəkilən prokurorlar “Selam Terror Təşkilatı” işi ilə ölkədə siyasətçidən jurnalistə, hüquqşünasdan aktiv olan şəxslərə qədər minlərlə adamın telefonuna qulaq aşırmışlar. Dinləmənin son 3 ildə həyata keçirildiyi deyilir.

Prokuror A. Çimen HSYK-nın qərarı ilə TMK prokurorluğundan çıxarılaraq Böyükçəkməcə ədliyyəsinə təyin edilibmiş. KCK istintaqını apatran Çimen Büşra Ersanlı və Ragıp Zarakolu kimi şəxslərin həbs olunmasını istəmişdi. Çimen ən sonuncu olaraq Gezi Parkı nümayişləri vaxtı məmurların etdiyi səhvləri araşdırmışdı.
Prokuror Adem Özcan isə 2012-ci il fevralın 7-də MİT şefi Hakan Fidanın ifadəsini almaq üçün çağıran Sadrettin Sarıkayanın yerinə təyin olunmuşdu. Bu dosye daha sonra Baş Prokurorluq tərəfindən Özcandan alınaraq həmin vaxt Baş prokuror olmuş Oktay Ərdoğana verilibmiş. Son olaraq ədliyyədə yaşanan dəyişikliklərlə prokuror Adem Özcan istintaq prokurorluğundan çıxarılaraq məhkəmə prokuroru olaraq vəzifəyə başlayıb.
Paralel dövlətin dinlədiyi 7 mindən artıq şəxsin adları ictimaiyyətə açıqlanıb. Siyahıda minlərlə şəxsi ad və soyadı olduğu kimi, minlərlə şəxs də “X” olaraq göstərilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm