Milli Məclisdə Latviya nümayəndə heyəti ilə görüş keçirilib
Bizi izləyin

Nida.az

Milli Məclisdə Latviya nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin ölkəmizdə səfərdə olan Latviya Seyminin Azərbaycanla dostluq qrupunun nümayəndələri ilə görüşü olub.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin ölkəmizdə səfərdə olan Latviya Seyminin Azərbaycanla dostluq qrupunun nümayəndələri ilə görüşü olub.

Milli Məclisin mətbuat ximdətindən Publika.az-a verilən məlumata görə, Şəmsəddin Hacıyev bildirib ki, ölkəmizin Baltikyanı ölkələrlə, o cümlədən Latviya ilə gözəl dostluq ənənələri var. Siyasi, iqtisadi, humanitar sferalarda münasibətlərimizin daha da gücləndirilməsi üçün hər cür potensial mövcuddur.

Sonra komitə sədri Milli Məclisdə elm və təhsillə bağlı qanunvericilik bazasının inkişafından, rəhbərlik etdiyi komitənin fəaliyyətindən, ölkənin təhsil sistemində baş verən islahatlardan danışdı. Qeyd olundu ki, hər il dövlət büdcəsindən elm, təhsilə ayrılan vəsaitin həcmi artırılır. 2020-ci ilə qədər ölkədə bu sahəyə ayrılan vəsaitin Avropa standartlarına tam uyğunlaşdırılması nəzərdə tutulur. Şəmsəddin Hacıyev qonaqlara elm, təhsil sahəsində qəbul edilən qanunlar, dövlət proqramları, “Azərbaycan təhsilinin inkişaf strategiyası” barədə ətraflı məlumat verdi, ölkə rəhbərliyinin bu sahəyə böyük diqqət ayırdığını vurğuladı.

Latviya Seyminin Azərbaycanla dostluq qrupunun rəhbəri, “Birlik” fraksiyasının deputatı Yanis Reyers səmimi görüş üçün təşəkkürünü bildirdi və ölkələrimizarası münasibətlərdə parlament diplomatiyasının rolunu vurğuladı. Bu sahədə əməkdaşlığın inkişafının çox faydalı olacağını qeyd etdi. Qrupun digər üzvü Dana Reyznietse-Ozola Latviyada təhsil sisteminin uğurlu inkişafından, bu sahədə həyata keçirilən tədbirlərdən söhbət açdı. Bildirildi ki, ölkələrimiz arasında elm, təhsil sahəsində qurulan əməkdaşlıq, aparılan təcrübə mübadiləsi digər sahələrdəki əlaqələrin möhkəmləndirilməsinə də yaxşı töhfələr verəcək.

Görüşdə Azərbaycan və Latviyanın üzv olduğu beynəlxalq qurumlardakı faydalı əməkdaşlıq, təhsil sahəsində nəzərdə tutulan islahatlar, tələbələrin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm