Nida.az
Mozambikin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Mozambik Respublikasında rəsmi səfərdə olub və Mozambikin xarici işlər naziri Oldemiro Baloi ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Publik.az-a verilən məlumata görə,
görüş zamanı Azərbaycan ilə Mozambik arasında siyasi, iqtisadi,
mədəni, təhsil və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi
imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və problemin həlli
istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə
məlumat verən E.Məmmədyarov münaqişə nəticəsində Azərbaycanın
ərazisinin 20 faizinin işğal edildiyini və bir milyondan artıq
azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi
koçkün vəziyyətinə düşdüyünü bildirib.
Nazir Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının münaqişənin
həlli ilə bağlı qəbul edilmiş dörd qətnaməsinin tələblərinin yerinə
yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də
davam etdirdiyini diqqətə çatdırıb.
E.Məmmədyarov təhsil, neft-qaz və digər sahələrdə Mozambik
mütəxəssislərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması və
ADA Universitetində Mozambik diplomatlarının və digər peşə
sahiblərinin təhsil almasının mümkünlüyünü qeyd edib və Mozambikin
xarici işlər naziri O.Baloini Azərbaycana səfərə dəvət edib.
Dəvəti məmnuniyyətlə qəbul etdiyini deyən O.Baloi E.Məmmədyarovun
Cənubi Afrika regionuna və Mozambikə səfərinin region və ölkəsi
üçün xüsusi siyasi əhəmiyyət daşıdığını qeyd edib.
O, yerləşdiyi regionda mühüm rola və dinamik iqtisadiyyata malik
olan Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş
imkanların olduğunu bildirib və bu xüsusda, ikitərəfli hüquqi
bazanın yaradılmasının vacibliyini qeyd edərək, Mozambikdə həyata
keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin
iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində
maraqlı olduqlarını vurğulayıb.
Mozambikə ilk rəsmi səfəri çərçivəsində nazir E.Məmmədyarov bu
ölkənin təbii sərvətlər naziri xanım Salvadora Namburete ilə də
görüş keçirib.
Görüş əsnasında E.Məmmədyarov Azərbaycanın iqtisadi inkişafı və
uğurlu enerji strategiyası haqqında danışaraq, enerji resurslarının
istismarı, emalı və hasilatı sahəsində Azərbaycanın zəngin
təcrübəsi haqqında məlumat verib.
Nazir iki ölkə arasında enerji sahəsində əməkdaşlığın, təcrübə
mübadiləsi və mütəxəssislərin hazırlanmasının mümkünlüyünə
toxunaraq, bu xüsusda əlaqələrin inkişafı üçün lazımi hüquqi
bazanın yaradılmasının vacibliyini qeyd edib.
Xanım S.Namburete Azərbaycan neft və qaz sahəsində təcrübəsinin
xüsusi maraq doğurduğunu qeyd edərək, Mozambikin bu təcrübədən
bəhrələnmək niyyətində olduğunu diqqətə çatdırıb, Azərbaycanın
təhsil müəssisələrində neft-qaz sahəsi üzrə Mozambik
mütəxəssislərinin hazırlanması və ixtisasartırma kurslarının təşkil
edilməsində maraqlı olduqlarını vurğulayıb.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO