Türkiyə səfirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Bizi izləyin

Nida.az

Türkiyə səfirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımın 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.Publika.Az-ın məlumatına görə, tədbirdə Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşları, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları, Milli Məclisin deputatları, jurnalistlər və ictimai xadimlər iştirak ediblər.

Tədbirin əvvəlində soyqırım qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra TRT-nin Azərbaycandakı təmsilçiliyinin Xocalı soyqırımı ilə bağlı hazırladığı “Xəyallarım vardı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz” ifadəsi ilə başlayıb. Səfir Xocalı soyqırımı anlaması vicdan borcu olduğunu söyləyib: “Biz də Azərbaycanla birlikdə bütün dünyaya bunun anlatmağını davam edəcəyik. Tarixi gerçəkləri ortaya qoyacağıq. Biz Azərbaycan qardaşların yanında həmişə olacağıq”.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Sadəddin Topukçu bildirib ki, 22 il bundan əvvəl Qarabağ bölgəsində bir dəhşət yaşanıb. O qeyd edib ki, bu günləri tez-tez xatırlatmaq lazımdır: “Həmin günlər biz də ötən əsrin 60-cı illərdə yaşadıq. Kiprin bəzi yerlərdə bu gün də türk şəhidlərin məzarlarını görmək olar. Şimali Kipri yaratmaqla biz şəhidlərimizin nahaq yerə ölmədiklərini göstərdik. İnşallah Qarabağda da ədalət bərpa olunacaq”.

Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, Xocalı soyqırımı bütün türk dünyasının faciəsidir. O bildirib ki, bu gün Azərbaycan tək işğalçı Ermənistanla deyil, onlara himayədarlıq edən dövlətlərlə də mübarizə aparır: “Xocalı soyqırımın günahkarları cavab verməlidir: “Biz təkcə bir millət, iki dövlət deyilik, biz əkiz qardaşlarıq və birlikdə beynəlxalq arenada bir birimizə dəstək veririk”.

AMEA-nın Tarix İnstitutun direktoru, millət vəkili Yaqub Mahmudov isə Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu söyləyib. Türk birliyinin vacib olduğunu vurğulayan Y.Mahmudov bu gün dünyada ikili standartların, ədalətsizliyin olduğunu bəyan edib: “Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib. Ancaq dünya birliyi ədalətdən dəm vursa da, bu münaqişəyə son qoyulmayıb, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti hələ də davam edir. Böyük güclər ədalət və demokratiyadan özləri üçün istifadə edirlər, onların özlərində isə ədalət yoxdur”.

Y.Mahmudov Türkiyə və Azərbaycan xalqının hər zaman bir olmasını arzulayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm