Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində yeni əməkdaşlığa başlayır
Bizi izləyin

Nida.az

Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində yeni əməkdaşlığa başlayır

Yaxın aylarda Türkiyənin müdafiə sənayesi rəsmisi Azərbaycana səfərə gələcək. Publika.Az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək.Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, müdafiə sənayesi və hərbi sahədə də yaxından əməkdaşlıq edildiyini vurğulayan İ.A.Coşqun deyib: “İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlıq tədbirləri keçirilir. Bu cür tədbirlər bizim Silahlı Qüvvələrimizin birgə çalışa bilməzi üçün vacibdir. Hərbi sənaye sahəsində bizim iş birliyimiz daha da artır. Türkiyə bu sahədə Azərbaycan Silahlı Qüvvətlərinin gücləndirilməsi üçün hazırdır. Türkiyə müdafiə sənayesi sahəsində Azərbaycanla əməkdaşlığı gələcəkdə də davam etdirəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm