Nida.az
Xocalı soyqırımının günahkarları layiqli cəzalarını alacaqlar - Oqtay Əsədov
Milli Məclisin bu gün keçirilən plenar iclasında 1992-ci il
fevralın 26-da Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların
ermənilər tərəfindən soyqırıma məruz qalmasının 22-ci ildönümü qeyd
edilib.
Trend xəbər verir ki, parlamentin plenar iclası Xocalı soyqırımı
qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb.
Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki,1992-ci il fevralın
26-da Xocalı şəhərində baş verənlər təkcə azərbaycanlılara qarşı
deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir: "Biz əminik
ki, heç bir cinayət cəzasız qalmayacaq. Azərbaycanın Dağlıq Qarabağ
və ətraf 7 rayonu işğaldan azad ediləcək, Xocalı soyqırımının
günahkarları isə layiqli cəzalarını alacaqlar".
Spiker bildirib ki, Milli Məclisin qərarına əsasən, 26 fevral
Xocalı soyqırımı günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev
hakimiyyətə qayıtdıqdan sonra isə bu soyqırımın dünyada tanıdılması
sahəsində böyük işlər görülüb. Onun sözlərinə görə, artıq bir neçə
beynəlxalq təşkilat və dövlət tərəfindən Xocalı soyqırımı ilə bağlı
mühüm sənədlər qəbul edilib.
Qeyd edək ki, plenar iclasda Azərbaycanda səfərdə olan Latviya parlamentinin Latviya-Azərbaycan dostluq qrupunun üzvləri də iştirak edirlər.İclas davam edir.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu