• USD 1,7002 0,00% EUR 1,9963 +0,02%
    • GBP 2,2537 +0,06% RUB 0,0287 0,00%

Milli Məclisdə Fətulla Gülən mübahisəsi

  • Nida.az
  • 25 Fevral 2014 12:43
  • 944 Baxış
Milli Məclisdə Fətulla Gülən mübahisəsi

Bu gün Milli Məclisdə çıxış edən Zahid Orucda Xocalı soyqrımı ilə bağlı üzüntü yaşadığını deyib.

Teleqraf.com-un xəbərinə görə, o, Xocalı soyqırımı ilə bağlı dövlətin ən yüksək səviyyədə iş apardığını vurğulayıb: “Bu faciə niyə baş verib" sualı meydana gəlir. Bir erməni planı var - "T-4" deyilən məxfi plan. Onlar ötən əsrin 60-cı illərdən başlayaraq bu istiqamətdə işləyiblər”.

Zahid Oruc daha sonra Fətulla Gülən camaatından danışıb, deyib ki, mətbuatda artıq Türkiyədə gedən prosesləri Azərbaycana keçirmək istəyirlər: "Bu məsələdə Milli Məclisin də adını qeyd edirlər. Bildirirlər ki, bizim hansısa həmkarlarımız guya bu camaatla bağlıdır. Mən əlbəttə, bunu şər-böhtan hesab edirəm və özümə borc bilirəm ki, bu məsələni Milli Məclisdə qeyd edim”.

Spiker isə ona belə cavab verib: “Zahid Oruc, özünüz deyirsiniz ki, bu, şər-böhtandır. Şər-böhtan olduğu üçün bunu heç Milli Məclisdə qaldırmağa ehtiyac yoxdur”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>