• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İran Ermənistana kömək edir

  • Nida.az
  • 25 Fevral 2014 12:40
  • 551 Baxış
İran Ermənistana kömək edir

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib ki, Xocalı faciəsindən 20 il keçsə də, bunu törədənlər məhkəmə qarşısına çıxarılmayıb: “Bunun bir səbəbi də beynəlxalq təşkilatların Qarabağ məsələsinə ikili standartla yanaşmasıdır. BMT-nin Ermənistanla bağlı 4 qətnaməsi var. Amma Minsk qrupunun üzvləri Ermənistana təzyiq etmirlər. Əvəzində Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəhd edilər. Sanki bunlar Qarabağ problemini deyil, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına çalışırlar”.

Teleqraf.com-un xəbərinə görə, deputat deyib ki, bunun bir səbəbi də Azərbaycan əhalisinin müsəlman olmasıdır: "Bu gün Ermənistanın ayaqda qalmasında daha çox bizim qonşu islam ölkələri rol oynayir. Bunlardan biri İrandır. Onlar Ermənistanla iqtisadi, siyasi, turizm sahəsində ciddi əməkdaşlıq qurublar. Biz türk hökumətinə minnətdar olmalıyıq ki, vaxtilə sərhədləri bağladı. Bu də Azərbaycan iqtidarının qətiyyətli mövqeyi sahəsində baş verib. Hesab edirəm ki, biz ordumuzu, hərbi müdafiə sənayemizi gücləndirməliyik” .

Xəbər lenti

DAHA ÇOX XƏBƏR