“Onlar Xocalı ilə bağlı bir sənəd də qəbul etməyib” - İTTİHAM
Bizi izləyin

Nida.az

“Onlar Xocalı ilə bağlı bir sənəd də qəbul etməyib” - İTTİHAM

Milli Məclisdə çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov bəyan edib ki, Xocalıda baş verən cinayətin məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir: "Onlar cəzalandırılmalıdır ki, gələcəkdə belə hadisələr baş verməsin. Azərbaycanlılar öz sözünü deyəcək, bu qətliamların əvəzi əvvəl-axır çıxılacaq”.

Teleqraf.com-un xəbərinə görə, Siyavuş Novruzov əlavə edib ki, Xocalı soyqırımı zamanı rəhbərlikdə olanlar, bu dövrdən sonra hakimiyyətə gələnlər faciə ilə bağlı bir sənəd belə qəbul etməyiblər: "Bu işlərə yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlanılıb. Azərbaycan vətəndaşını təhlükədə qoymaq, onların təhlükəsizliyini təmin etmədiklərinə görə o zaman rəhbərlikdə olanların, qarışıqlıq yaratmaq istəyən siyasi partiyaların məsuliyyəti var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm