Spikerdən Fərəc Quliyevə sərt cavab
Bizi izləyin

Nida.az

Spikerdən Fərəc Quliyevə sərt cavab

Bu gün keçirilən Milli Məclisin plenar iclasında Ukraynada son zamanlar baş verən hadisələrə münasibət bildirilib.“Axar.az” xəbər verir ki, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Milli Məclisdə Ukraynada baş verən proseslərdən danışıb və deyib ki, Ukraynada baş verənlər siyasi yolla həll edilməlidir.

Onun fikrincə, Azərbaycan GUAM üzvü olaraq Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində beynəlxalq təşkilatlarda öz dəstəyini göstərməlidir: “Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, bu ölkəyə dəstəklə bağlı Azərbaycan beynəlxalq təşkilatlarda da öz dəstəyini ifadə etməlidir”.

Deputat Fərəc Quliyev isə təklif edib ki, Milli Məclis adından Ukrayna dövlətinin müstəqilliyinin bir daha tanınması və oradakı qarşıdurmalar zamanı vəfat edən insanlara başsağlığı verilməsi haqda mövqe ifadə etsin.
Spiker Oqtay Əsədov isə bu fikirlərə etiraz olaraq deyib ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman tanıyıb: “İndi orda yeni dövlət qurulur. Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq? Fikrimcə, bir qədər diqqətli danışmalıyıq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm