İnterpola müraciət olunmalıdır - Asim Mollazadə
Bizi izləyin

Nida.az

İnterpola müraciət olunmalıdır - Asim Mollazadə

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ukraynda son zamanlar baş verən hadisələrə münasibət bildirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə deyib ki, Ukraynada baş verənlər siyasi yolla həll edilməlidir.

Onun fikrincə, Azərbaycan GUAM üzvü olaraq Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində beynəlxalq təşkilatlarda öz dəstəyini göstərməlidir: "Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, bu ölkəyə dəstəklə bağlı Azərbaycan beynəlxalq təşkilatlarda da öz dəstəyini ifadə etməlidir".

Asim Mollazadə Milli Məclisdə çıxışı zamanı deyib ki, Xocalı soyqrımı ilə bağlı Azərbaycan bir sıra iş aparıb: “Hərbi Prokurorluq artıq 39 nəfərin adını açıqlayıb. Hesab edirəm ki, bu şəxslər İnterpola verilməli və layiqli cəzasını almalıdır”.

Nemət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm