Sabiq baş prokuror: “Danışmağı özümə ar bilirəm...”
Bizi izləyin

Nida.az

Sabiq baş prokuror: “Danışmağı özümə ar bilirəm...”


“Xocalı faciəsindən indi elə adamlar danışır ki, onların bu məsələ haqqında ümumiyyətlə təsəvvürü yoxdur”.

Bu barədə 1992-ci ildə Xocalı soyqırımını araşdırmaq üçün parlamentdə yaradılmış istintaq-deputat komissiyasının katibi, sabiq baş prokuror Əli Ömərov Publika.Az -a açıqlamasında deyib.

Ə. Ömərov qeyd edib ki, indi danışanlar özlərini qəhrəman hesab edirlər: “Hamı çıxıb danışır, hamısı da özünü qəhrəman kimi göstərirlər. O deyir mən deyən düzdür, bu deyir, yox, mən deyən düzdür. Halbuki bu adamların əksəriyyətinin faciə ilə bağlı təsəvvürü yoxdur. Elə adamlar televiziyada, mətbuatda çıxış edir ki, onlara baxanda mən, ümumiyyətlə, danışmağı özümə ar bilirəm. Buna görə də danışmaq istəmirəm. Hər şey deputat-istintaq komissiyasının rəyində ətraflı göstərilib”.

Sabiq baş prokuror bildirib ki, komissiyanın rəyi o zaman Ali Sovetə təqdim edilib. Onun sözlərinə görə, həmin rəy indi parlamentdə və respublika prokurorluğunda var.

“Mən o zaman düz 3 saat məruzə etmişəm bununla bağlı. İndi dəqiq yadımda deyil, amma orda kimlərin hansı cinayətləri törətdiyi ətraflı göstərilib. Kimisinə maddi, kimisinə cinayət məsuliyyəti qaldırılıb, kimlər nə edib, kimin hansı təqsirləri var hamısı həmin rəydə var. Rəydə Rusiyanın 366-cı moto-atıcı alayı və hadisəni törədən ermənilərin adları bir-bir göstərilib. Onların telefon danışıqları, yazışmaları, kim hansı göstərişi verib, detallı olaraq bunlar komissiyanın rəyində əksini tapıb. Ən yaxşısı həmin rəyi qaldırıb araşdırmaq lazımdır”-deyə Əli Ömərov vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm