" Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir" - Cəmil Çiçək
Bizi izləyin

Nida.az

" Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir" - Cəmil Çiçək

Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Trend-in məlumatına görə, bu sözləri Türkiyə parlamentinin sədri Cəmil Çiçək Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş bəyanatında bildirib. Məlumatı "Sondakika" internet qəzeti verib.

C.Çiçəyin sözlərinə görə, Ermənistan 20-ci əsrin ən böyük soyqırımını Dağlıq Qarabağda törədib: "Ermənistanın soyqırım siyasəti nəticəsində 22 il əvvəl 600-dən çox dinc əhali qətlə yetirilib və yüz minlərlə Azərbaycan türkü öz yurd-yuvalarından çıxarılıb".

Parlament sədri onu da qeyd edib ki, Türkiyə Xocalı soyqırımının törədilməsini şiddətlə qınayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm