Nida.az
Sərkisyandan Xocalı qətliamı ilə bağlı şok etiraflar
Xocalı soyqırımın əsas təşkilatçı və iştirakçılarından biri
erməni prezidenti Serj Sərkisyandır. Təəssüf ki, hələ də cəzasına
çatmayan bu şəxsin Xocalı etirafları 2000-ci il dekabrın 15-də
jurnalist Tomas de Vaal tərəfindən qeydə alınıb. Jurnalist
müsahibənin Xocalı hadisələri və 366-cı motoatıcı alaya aid
hissələrini yayıb. “Axar.az” həmin hissəni təqdim edir:
366-cı alayın iştirakını inkar etmirəm
Tomas de Vaal: - Məndə olan məlumatlara görə,
366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci
ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün
rusların yardımı olub.
Serj Sərkisyan: - Mən 366-cı alayın bəzi
zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma
birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki
azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə
endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər.
İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar
komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də
etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant
Seyran Ohanyan (Ermənistanın indiki müdafiə naziri. – red.) orada
batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma
iki-üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi
yoxdur.
Ayaz Mütəllibovu özü deyirdi ki…
Tomas de Vaal: - Ordunun peşəkarlaşma dərəcəsindən
danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki
heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu
və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi
olduğunu inkar etmir. Amma niyə siz bunu peşəkar Qarabağ
əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini
deyirsiniz?
Serj Sərkisyan: - Bilirsiniz, belə şeylər
haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən
də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri (Ayaz
Mütəllibovu nəzərdə tutur. – red.) özü deyirdi ki, bu, ermənilər
deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola
bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki
orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava
nəqliyyatı ilə idi, çünki orada “OMON” var idi, orada nə isə
araşdırırdılar, insanları həbs edirdilər.
Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc
əhaliyə…
Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında
yerləşən Xocalı sakinləri oranı atəşə tuturdular. Amma zənnimcə,
əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə,
sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə
bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən
insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də
oldu.
Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu
nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə, çox şey
şişirdilib. Azərbaycanlılara hər hansı yeri Sumqayıtla
eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cür müqayisə
etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma
dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc
sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl
imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli, o da
döyüş əməliyyatlarında iştirak edir...
Və orada dəhliz harada isə onları güllələmək üçün qoyulmamışdı,
Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı.
Tomas de Vaal: - Mənə elə gəlir ki, sadəcə olaraq,
siz adətən dəhliz qoyurdunuz ki...
Serj Sərkisyan: - Bu, əsasən Xocalıdan sonra
belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər
fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi.
Başqa cür ola da bilməzdi. Amma bu metodu biz düşünmədik. Bunu
Hadrut və Şuşa rayonlarından öz milislərinin köməyi ilə bizimkiləri
qovarkən onlar düşündülər.
Qeyd edək ki, Serj Sərkisyan 1989-93-cü illərdə “Dağlıq Qarabağ
Özünümüdafiə Qüvvələri”nin sədri olub. Daha sonra ölkənin Müdafiə
nazirindən prezidentinə qədər müxtəlif vəzifələri icra edib.
Azərbaycanda erməni separatizminin ən qanlı iştirakçılarından
biridir. Azərbaycan torpaqlarının işğal olunmasında, minlərlə
Azərbaycan vətəndaşının qətlə yetirilməsində birbaşa iştirak
edib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü