Ceyhun Osmanlı: “İqbal Ağazadə zahirən Xədicə İsmayıla oxşayır“
Bizi izləyin

Nida.az

Ceyhun Osmanlı: “İqbal Ağazadə zahirən Xədicə İsmayıla oxşayır“

“Mən təəssüf edirəm ki, dünya azərbaycanlılarının Xocalıda soyqırımını müzakirə etdiyi bir vaxtda İqbal Ağazadə erməni mətbuatının qəhrəmanlarından olan Xədicə İsmayılı müdafiə edir”.

Bunu APA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı deputat həmkarı iqbal Ağazadənin ittihamlarına münasibət bildirərkən deyib.

O, İ. Ağazadənin dediklərinin mənəvi tərəfinin onun öz işi olduğunu bildirib: “Bəlkə də Xədicə İsmayıl İqbal Ağazadənin qohumudur. Fikir versəniz, görərsiniz ki, zahiri görünüşləri də bir-birinə oxşayır. Bəlkə də onun ideoloqudur. Amma əgər deputat Milli Məclisindəki çıxışında qeyd etdiyi kimi, eybəcərlik axtarışına çıxıbsa, təklif edirəm ki, çox uzağa getməsin və özünə ən yaxın olan güzgüyə baxsın. İqbal Ağazadə bilməlidir ki, deputatlıq onun kimi qalstuk taxıb toylara getməkdən ibarət deyil. Deputatlıq ölkənin milli mənafeyi naminə hər cür fədakarlıq edə bilməkdir. Şəhidlərimiz ölkənin müstəqilliyi naminə şəhid olub, ona görə şəhid olmayıblar ki, kimlərsə təslimçilik siyasəti yeritsin. Bədəli nə olmasından asılı olmayaraq, biz ölkəmizin milli mənafeyini qorumalıyıq!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm