ADNA bu gün "Yerində dondu"
Bizi izləyin

Nida.az

ADNA bu gün "Yerində dondu"

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri "Xocalıya ədalət" kompaniyası çərçivəsində "Yerində donma" etiraz aksiyası keçirib.

Əllərində müxtəlif dillərdə yazılmış plakat və şüarlar tutan gənclərimiz dünyaya səsləndilər: "ADNA Xocalı Soyqırımını Unutmur", "Dünya Xocalı Soyqırımını tanımalıdır", "Xocalıda tökülən qanımız yerdə qalmamalıdır", "Bütün İnsanlıq erməninin bu vəhşiliyini lənətləməlidir" .

Əcnəbi tələbələrimiz də "Xocalıya ədalət" istəyən azərbaycanlı gənclərə həmrəylik nümaiş etdiriblər.Eyni zamanda ADNA-da ilk dərs saatları Xocalıya həsr olundu. Auditoriyalarda başlayan anım - etiraz aksiyası, tənəffüs zamanı dəhlizlərdə davam etdi. Əllərində Xocalı soyqırımına etiraz şüarları, plakatlar tutan tələbələr 1 dəqiqə hərəkətsiz dayanaraq "Yerində donma"qla etirz etdilər. ADNA-da keçirilən etiraz aksiyası özünün izdihamı ilə diqqət çəkdi. Tələbələrimiz Dünya Birliyini Xocalı soyqırımına ədalətlə yanaşmağa, işğalçını, Azərbaycanda soyqırımı törədən Ermənistanı beynəlxalq məhkəmə qarşısında mühakimə etməyə çağırdılar.

Paralel olaraq ADNA Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov, ADNA YAP ilk təşkilatının sədri Tamella Naibova, İctimai fənlər kafedrası professor İmran Cəfərov tələbələrin iştirakı ilə dəyirmi masa keçirdilər. Tədbirdə çıxış edən İ.Cəfərov, T.Naibova və Z.Qurbanov Xocalı faciəsi barədə danışıb işğalçı Ermənistanın törətdiyi vəhşilikləri ürəkağrısı ilə qeyd ediblər. Dəyirmi masada iştirak edən tələbələr üzərində Xocalı Soyqırımını əks etdirən köynəklərlə də Xocalıya ədalət istəyiblər. Xocalı soyqırımı ilə bağlı ADNA daxilində keçirilən anım və etiraz tədbirləri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm