Hafiz Hacıyev Xalq Cəbhəsinin müdafiəsinə qalxdı - AÇIQLAMA
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev Xalq Cəbhəsinin müdafiəsinə qalxdı - AÇIQLAMA

Müasir Müsavat Partiyasının (MMP) sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun “AXC məni dəstəkləsəydi, Xocalı faciəsi olmayacaqdı” fikrinə etiraz edib.

Partiya sədri H.Hacıyev Publika.Az-a açıqlamasında deyib ki, Ayaz Mütəllibov iradəsi zəif olan adamdır: “Bilirsiniz, Ayaz Mütəllibovun “Əgər Xalq Cəbhəsi imkan versəydi, mən Xocalını verməzdim” söhbəti yersizdir. Ayaz Mütəllibov siyasi uğursuzluğunun günahını öz ətrafında axtarmalıdır. Yaxşı rəhbər və ya siyasətçi vaxtında doğru qərar verməyi bacarmalıdır. Ayaz Mütəllibov isə o qərarı verə bilmədi. Bir el misalı var ki, bacarırsan şalvarının bağını möhkəm bağla!

Gərək Ayaz Mütəllibov da özünü və ətrafını tarazlayıb imkan verməməli idi ki, Xocalı soyqırımı baş versin. Mən də Xalq Cəbhəsinin üzvü olmuşam və rəhbər vəzifələrdə təmsil olunmuşam. O zaman arada elə bir problemli məsələ yox idi. Şəxsən mən özüm Ayaz Mütəllibova vaxtilə demişəm ki, siz bu məsələdə zəiflik edirsiniz, cəsarətli addımlar atmaq lazımdır. Ancaq Ayaz Mütəllibov cəsarətli addım ata bilmədi. Onun ətrafında olanların əksəriyyəti satqın idi, Xalq Cəbhəsinə işləyirdi. Hətta, Ayaz Mütəllibovun dövründə olan baş nazir də Xalq Cəbhəsi ilə yaxın idi. Onların özləri maraqlı idi ki, Ayaz Mütəllibov hakimiyyətdən getsin və ölkədə qarşılıq yaransın. Gərək Ayaz Mütəllibov öz komandasını doğru formalaşdırardı. Onun bu gün Xocalı ilə bağlı günahkar axtarması doğru deyil”.

Xatırladaq ki, Ayaz Mütəllibov AzNews.az-a müsahibəsində deyib: “AXC məni dəstəkləsəydi, Xocalı faciəsi olmayacaqdı”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm