“Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)”
Bizi izləyin

Nida.az

“Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)”

“Xocalıya Ədalət!” kampaniyasının 5 illiyinə həsr olunmuş kitab təqdim olundu

Fevralın 25-də Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının 2 cildinin təqdimat mərasimi keçirilib.

Publika.Az xəbər verir ki, “Xocalıya Ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının, AMEA-nın İnsan Hüquqları İnstitutunun və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentlinin birgə nəşri olan bu kitabın müəllifləri əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadədir. Kitab “Xocalıya Ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyinə həsr edilib.

Kitabın baş elmi məsləhətçisi, AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva tədbir iştirakçılarını salamlayaraq, qeyd etdi ki, Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq iictimaiyyətə çatdırılması istiqamətində əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Məlum olduğu kimi, “Xocalıya ədalət” kampaniyasının yaradılması təşəbbüsü 2008-ci ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarsı Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Faciənin mənəvi və siyasi-hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilir. Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir və bu cinayət hadisəsi haqqında oblektiv məlumatların bütün dünya ictimaiyyətinə yetərincə çatdırılması çox vacibdir.

Hazırkı nəşrin əhəmiyyətindən danışan A.Mustafayeva “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının məhz bu baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Təqdimatda çıxış edən Milli Məclisin deputatları Fəttah Heydərov, Ziyad Səmədzadə, Milli Məclisin vitse-spikerı Bahar Muradova yeni nəşrin əhəmiyyətini vurgulayıblar. Bildirilib ki, “Xocalıya ədalət” əslində “Azərbaycana ədalət” deməkdir. Xocalı faciəsini dünya boyunca bir soyqırım olaraq tanıtmaq həqiqətdə dünya erməniçiliyinin vətənimizə və millətimizə qarşı onillər boyu apardığı soyqırımı siyasətinin anatomiyasını açmaqdır.Onun sözlərinə görə, bizim özümüzün düşmənlərimizi bütün ayrıntıları ilə bir qədər də yaxşı tanımağımız, dünyanın da bizim hansı düşmənlə üzbəüz olduğumuzu bir qədər də dəqiq bilməsi üçün bu kitabın cildləri ən mötəbər körpülərdəndir.

Kitabın müəlliflərindən biri – əməkdar jurnalist Vasif Səmədov deyib ki, “Xocalıya ədalət” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Təqdim edilən kitablar bu modelin böyüklüyünü və əhəmiyyətini dərk etməkdə və gələcək mübarizələr və qələbələr üçün lazımi nəticələr çıxarmağa kömək edəcəkdir.

Nəşrin həmmüəllifi – İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadə “Xocalıya ədalət” çağırışının düzgün seçildiyini söyləyib. Onun fikrincə, artıq erməni təbliğat maşını “Xocalıya ədalət”in qarşısında dayana bilmir. Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran “Xocalıya Ədalət” adlı mənəvi bir cəbhə mövcuddur. Terror və amansızlıq mövcud olduğu qədər bu ideoloji cəbhə də yaşayacaqdır.

Təqdimat mərasimində çıxış edənlər “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabının Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən növbəti addım olduğunu vurğulayıblar, müəlliflərin bu sahədəki fəaliyyətini təqdirəlayiq hesab ediblər.

Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm