Nida.az
Roma Papasının Xocalıya aid məxfi məktubu
Roma Papası II İohan Pavel 1992-ci il Xocalı soyqırımından sonra bu
qətlimı törədən ermənilərə məxfi məktub göndəribmiş.
Publika.Az – ın apardığı araşdırmada məlum olur
ki, II İohan erməniləri yaratdığı Dağlıq Qarabağ özünümüdafiə
dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi
məktubunda Xocalıda baş verənləri “din uğrunda savaş” adlandırır və
yazır: “İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni
qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş
əyəcəyəm”.
“Erməni terroru: Qarabağda müharibənin başlaması. hadisələr...faktlar...” kitabında qeyd edilir ki, Roma Papası “din uğrunda savaş” kimi qiymətləndirdiyi Xocalı soyqırımında müsəlmanları qətlə yetirən ermənilərə və rus ordusunun əsgərlərinə dua edəcəyini məktubunda qeyd edir.
Məxfi məktubun göndərilməsindən 11 il sonra Papa İrəvana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarına gül düzür. Halbuki İrəvana səfərindən bir il qabaq Azərbaycana gəlmiş Papa eyni mövqeyi Bakıda sərgiləmir. Təkcə “bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətlənir.
II İohan Pavel: 18 may 1920-ci ildə Polşanın Vadovitse şəhərində doğulub. 1938-1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxuyub. Alman işğalı dövründə zavodda işləyib və gizli katolik seminariyasında oxuyubdur. 1946-cı ildə keşiş rütbəsi alır, 1958-ci ildə isə yepiskop rütbəsinə yüksəlir. 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilir. 1967-ci ildə kardinal rütbəsi alır.
II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma
Papasıdır. Ermənistana səfərindən iki il sonra-2005-ci ilin 2 aprel
tarixində Vatikanda vəfat edib.
Asif
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO