“Bəzi siyasətçilər susanda daha yaxşı görünür”- Mütəllibova məsləhət
Bizi izləyin

Nida.az

“Bəzi siyasətçilər susanda daha yaxşı görünür”- Mütəllibova məsləhət

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində “Facebook” səhifəsində fikirlərini bölüşüb.


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində “Facebook” səhifəsində fikirlərini bölüşüb. Publika.Az xəbər verir ki, soyqırımın törədildiyi zamanı xatırlayan

Ə. Oruclu bildirir ki, Xocalı qırğınından 5 gün sonra Ağdama ezamiyyətə gedib: “Rayon mərkəzi xəstəxanasına gəldim. Bu şəhəri ilk dəfə idi görürdüm və ilk təəssüratım insanların üzündəki inamsız, ümidsiz ifadələr oldu. Həmin gecə ermənilər təkcə Xocalı sakinlərini qətlə yetirməmişdilər, həm də Ağdama “Qrad” reaktiv artilleriya qurğularından 4 mərmi atmışdılar. Şəhər əhalisinin xeyli hissəsi bundan qorxuya düşərək Ağdamı tərk eləmiş və gecəni şəhərdən kənardan keçirmişdi. Kimisi maşınlarda, kimisi də elə ayaqüstə çölün düzündə. Sonrakı günlər qətliam qurbanlarını yük maşınları ilə Ağdam məscidinə gətirib, orda yuyub torpağa basdırmışdılar. Qarabağ savaşı tarixində ilk artilleriya hücumundan və kütləvi qırğından sonra insanlar ümidsizliyə qapılmışdı, hər kəs sanki taleyinə yazılmış öz ölüm anını gözləyirdi. Sahibsiz, müdafiəsiz və kimsəsiz bir millət kimi.

Ağdamlı həkim dostum Muxtar deyirdi ki, indi bir şey aydındır - biz taleyin hökmünə buraxılmışıq, ümid də ancaq özümüzədir. Ağdam bütün cəbhə kəndlərimiz, şəhərlərimiz kimi silaha sarınacaqdı, yüzlərlə şəhid verəcəkdi, amma bu sonra olacaqdı. 4 aydan sonra əzizimiz Muxtar həkim də döyüş meydanında yaralılara yardım göstərərkən snayper atəşinə tuş gələcəkdi. Bəli, ağ xalatlı həkimə belə aman verməyəcəkdi düşmən.

Ölümündən sonra Muxtara Azərbaycanın Milli Qəhrəmanı adı veriləcəkdi. Amma bütün bunlar sonra olacaqdı, hələliksə Ağdam əhalisi gördüklərindən dəhşət və depressiya içində idi. Ağdamdan bir günlüyə Şəmkirə gəldim, doğmalarımla görüşməyə. Oğlum Turanın 3 ayı tamam olmuşdu və mən danışdırdıqca ucadan gülürdü. Onu 2 ay idi görməmişdim və deyirdilər ki, ilk dəfədir səslə gülür. Anam isə elə hey deyirdi ki, gəlmişkən ailəni də götür apar Bakıya, bizim hamımızı qırsalar da bizə baxma, qoca adamlarıq, əsas odur ki, siz xilas olun...
Ağdamdan Şəmkirə və geriyə yol boyu insanlarda ancaq məyusluq, ümidsizlik, kimsəsizlik, inamsızlıq görmək olurdu. Xocalı qətliamı öz gözlənilən effektini vermişdi”.

Ə. Oruclu qeyd edir ki, illər sonra indiki erməni prezidentinin amerikalı araşdırmaçı Tomas de Vaala verdiyi müsahibə dərc olundu və həmin müsahibədə Xocalı qırğının fəal iştirakçısı olmuş Serj Sarqsyan deyirdi: “Xocalıya qədər azərbaycanlılar inanmırdılar ki, biz niyyətlərimizdə ciddiyik”.

“Bu günlərdə isə bir müsahibə də çıxdı, o zamanlar Azərbaycan prezidenti olmuş Ayaz Mütəllibovun müsahibəsi. Yadımdadır, Xocalı qırğını törədiləndə AzTV-də DİN-nin adından verilən ilk rəsmi açıqlamada deyilirdi ki, Xocalıda 1 nəfər öldürülüb, 2 nəfər isə yaralanıb (yanıla bilərəm, bəlkə də əksinə, amma nə fərqi var?!)... Məncə bəzi siyasətçilər susanda daha yaxşı görünürlər.

Allah Vətən yolunda şəhid olan bütün soydaşlarımıza rəhmət eləsin! Onların ruhu, xatirəsi qarşısında hamımız borcluyuq. Nə qədər ki, ədaləti bərpa edə bilməmişik və nə qədər ki, insanlığa qarşı törədilmiş bu cinayətin təşkilatşıları və icraçıları cəzasızdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm