Türkiyənin bir neçə şəhərində Qazi Qarabağ azanı səsləndirilib
Bizi izləyin

Nida.az

Türkiyənin bir neçə şəhərində Qazi Qarabağ azanı səsləndirilib

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşəbbüsü ilə Xocalı soyqırımının 22-ci ildönümündə Qazi Qarabağ azanı Türkiyənin Qars, İqdır və Baş Konsulluğun əhatə dairəsinə daxil olan digər şəhərlərində səsləndirilib.

Trend-in Azərbaycanın Qarsdakı Baş Konsulluğuna istinadən verdiyi məlumata görə, bununla bağlı Baş Konsulluq tərəfindən əlaqədar dini rəhbərlərlə görüşlər keçirilib, namaz vaxtlarında məscidlərdə ibadət edən yerli əhali arasında Xocalı soyqırımını əks etdirən dərgilər paylanılıb, bəzi məscidlərin qarşısında Azərbaycan Respublikasının bayrağı asılıb, Xocalı soyqırımı və Qazi Qarabağ azanı haqqında məlumat afişa şəklində çap olunaraq nümayiş etdirilib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm