Silahlı Qüvvələrdə Baş Qərargahın statusu necə olacaq? - Rəsmi cavab
Bizi izləyin

Nida.az

Silahlı Qüvvələrdə Baş Qərargahın statusu necə olacaq? - Rəsmi cavab

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlının Trend-ə müsahibəsi

- Əldə etdiyimiz məlumatlara görə, 2014-cü il yanvarın 1-dən etibarən Silahlı Qüvvələrdə (SQ) bəzi köhnə ştat-strukturlar bərpa olunub. Halbuki hələ 2007-2008-ci illərdə NATO standartlarına uyğun olaraq komandirlərin 3 müavini ləğv olunaraq bir müavin və iki assistent saxlanılmışdı. Əgər bu məlumat doğrudursa, o zaman 3 müavin ştatının, xüsusilə də tərbiyəvi işlər üzrə müavin vəzifəsinin bərpa olunması nə ilə əlaqədardır?

- Hazırda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən təşkilat ştat strukturunun optimallaşdırılması həyata keçirilir. Ştat dəyişikliklərinin həyata keçirilməsi günün tələbidir. Ordu quruculuğu sahəsində aparılan işlər günü-gündən təkmilləşdirilməli və müasir tələblərə uyğun həyata keçirilməlidir.

Bu sahədə görülən işlər şəxsi heyətlə aparılan fərdi işin daha da yaxşılaşdırılması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılması, baş verə biləcək neqativ halların qarşısının alınması işinin daha da təkmilləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.

Bu dəyişikliklər NATO ilə əməkdaşlığa kölgə salmamalıdır. Müdafiə Nazirliyinin Avroatlantik inteqrasiya istiqamətində apardığı işlər yüksələn xətt üzrə davam etdirilir və əvvəllər planlaşdırılmış tədbirlər uğurla həyata keçirilir.

- NATO ilə əməkdaşlıq sənədlərində, xüsusilə də Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (FTƏP) Müdafiə Nazirliyində bir sıra yüksək vəzifəlilərin mülki şəxslərlə əvəzlənməsinin nəzərdə tutulduğu məqamlar var. Bunlar hansı vəzifələrdir, bu istiqamətdə hansı işlər görülür və ya görülməsi planlaşdırılır?

- Konkret olaraq vəzifələr üzrə deyil, amma bu istiqamətdə də fəaliyyətlərin davam etdirildiyini demək olar. Qısa müddət ərzində xeyli sayda mülki şəxs Silahlı Qüvvələrə qulluğa işə qəbul olunub. Bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilib və gələcəkdə də bu məsələlərin mərhələlərlə həlli planlaşdırılır.

-Artıq bir neçə ildir ki, NATO standartlarına uyğun olaraq Azərbaycan SQ-nin Baş Qərargahının statusunun və səlahiyyətlərinin artırılması gözlənilir. Bu istiqamətdə hansı yeniliklər var?

- Müdafiə Nazirliyi və Baş Qərargah 1 avqust 2009-cu il tarixdən etibarən yeni ştat-struktura uyğun olaraq təşkilatlanıb. Bu sahədə artıq xeyli işlər həyata keçirilib və bundan sonra davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm