• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Davudoğlu Xocalı faciəsi və Gəncədə tapılmış Osmanlı bayrağı haqda yazdı

  • Nida.az
  • 26 Fevral 2014 14:45
  • 546 Baxış
Davudoğlu  Xocalı faciəsi və Gəncədə tapılmış Osmanlı bayrağı haqda yazdı

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Xocalı faciəsinin hər zaman yaddaşlarda qalacağını bildirib. Publika.Az xəbər verir ki, bu barədə Davudoğlu öz rəsmi Tvitter səhifəsində məlumat yayıb."Kin duymaq üçün deyil, dərs almaq və eyni ağrıları təkrar yaşamamaq üçün Xocalının əziz xatirəsi zehinimizdə həmişə təzə qalacaq"-deyə o yazıb.

XİN rəhbəri onu da bildirib ki, Xocalı faciəsi sadəcə Azərbaycanın deyil, eyni zamanda Anadolu türkünün də faciəsidir.

Davudoğlu Gəncədə tapılmış və Qafqaza İslam ordusuna aid bayraqla bağlı fikirlərini də bölüşüb."Gəncədə gördüyüm Qafqaz İslam Ordusu komandiri Nuru Paşanın əmanəti olan bu Ay Ulduz türk-azəri ortaq taleyinin nişanəsidir"-deyə o yazıb. Və həmin bayrağın fotosunu paylaşıb.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR