Xocalı soyqırımında iştirak etmiş rus zabitinin etirafları
Bizi izləyin

Nida.az

Xocalı soyqırımında iştirak etmiş rus zabitinin etirafları

Xocalı soyqırımını erməni hərbi dəstələri ilə birlikdə törədən 366-cı motoatıcı alayın komandirinin etirafları baş verənlərin soyqırımı aktı olduğunu bir daha təsdiqləyir.

Publika.Az xəbər verir ki, 366-cı motoatıcı alayın 02270 nömrəli hərbi hissəsinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik Vladimir Savelyev Xocalıda törədilənlərlə bağlı 1992-ci il noyabrın 26-da, 1994-cü il martın 19-da, 1998-ci il avqustun 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına, sonda Baş Kəşfiyyat İdarəsinə “məxfi arayış”ını təqdim edib.

Son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərən polkovnik etiraf edir ki, baş verənləri unuda bilmir:“Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib- insanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də MN-ə, VKİ-nin generallarına göndərdim. Oxuyun. dedim”.

O, baş verənləri anlaya bilmədiyini deyib.“Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçatdılar, şərəfinə lənət damğasını vurdular. Mən on addımlığımda güllə yarasında can verən səkkiz- doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram”-deyə alayın komandiri bildirib.

Qeyd edək ki, Xocalıda azərbaycanlıları qırdıqdan sonra, Qarabağ özünümüdafiə dəstələri adı ilə orda olan ASALA erməni terror təşkilatının rəhbərlərinin rus əsgərlərə pul mükafatları payladığı haqqında məlumatlar var. Bəzi araşdırmalarımızda məlum olur ki, ASALA terror təşkilatının Xankəndində yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allahverdiyan 24 nəfər rus zabitinə və əsgərinə pul mükafatları elan edib. Məsələn, şəxsi heyətin önünə çıxarılmış rus zabiti Yevgeni Qolubevə üstündə ASALA yazılmış 25 qramlıq qızıl medal və beş min ABŞ dollarını təntənəli surətdə təqdim edilib. Həmin gün sıravi Anastas S. İvanova 10 min ABŞ dolları təqdim etməklə İrəvanda onu gözləyən “Hunday” markalı avtomobilin sənədləri verilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm