“Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına start verilib”
Bizi izləyin

Nida.az

“Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına start verilib”

Ukraynanın gələcəyi barədə danışanların bəziləri onun parçalanması, hətta cənubi-şərq hissəsinin Rusiyaya birləşməsi ehtimalını dilə gətirirlər. İndi bir çoxları da “Ukraynanın cənubi-şərq hissəsi Rusiyaya birləşəcəkmi” sualına cavab tapmağa çalışır.

Publika.Az –ın verdiyi xəbərə görə, Psixoportetologiya və Siyasi Analiz Mərkəzinin sədri, Avrasiya İnstitutunun Ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov ann.az saytına açıqlamasında əsas problemin heç də Ukraynanın cənubi-şərq hissəsinin Rusiyaya qoşulub-qoşulmayacağının olmadığını bildirib.

“Hazırda Ukrayna uğrunda sərt geosiyasi mübarizə gedir və postsovet məkanının bir çox elitaları bu qarşıdurmada Kremlin qələbəsini arzu etmirlər. Bunun çox ağır nəticələri ola bilər”, - tədqiqatçı deyib.

A.Məmmədov Rusiyanın bir çox siyasətçilərinin dünyaya sovet dövrünün eynəkləri ilə baxdığını deyib:“Amma bu cür yanaşma və taktika ömrünü çoxdan başa vurub. Rusiyanın bir başqa zəifliyi odur ki, onun liderləri kütlə ilə işləyə bilmir və bu çoxsaylı problemlərə gətirib çıxarır. Rusiya hakimiyyətində sovet psixologiyası ilə işləyən köhnə siyasi kadrlar yerləşib”.

“Əgər yumruğumu masaya vursam, hamı məndən qaçacaq” stereotiplərin əsarətində olan siyasət Rusiyanın xarici siyasətinin zəifliyinə gətirib çıxarır. Kremldə ABŞ-dan fərqli olaraq müasir texnologiyalarla kütlələri idarə etmək təcrübəsi yoxdur. Bu isə Rusiyanın rəqibləri üçün geniş imkanları yaradır. Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına start verilib”, - A.Məmmədov qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm