“Sadəcə, milli satqınlıq” – Tanınmışlar Günel Mövludun müraciətini dəyərləndirdi
Bizi izləyin

Nida.az

“Sadəcə, milli satqınlıq” – Tanınmışlar Günel Mövludun müraciətini dəyərləndirdi

Azərbaycanın ən böyük faciəsi olan Xocalı soyqırımı günündə ölkə bu qətliamın ildönümünü qeyd etdiyi zaman, bunu edən ermənilərə sevgi dolu müraciət edənlər də tapıldı. Publisist, bir neçə ay öncə Almaniyaya mühacirət edən Günel Mövlud “Erməni xalqına müraciət” başlığı ilə bir yazı yazdı və azərbaycanlılarla ermənilərin qardaşlığından danışdı.

O, “Mən öz cəlladlarımızdan başlamaq istəyirəm” deyə ermənilərdən üzr istəyir. Bu müraciət tipik kosmopolit düşüncə, daha doğrusu, bu düşüncəni yamsılamaq, xaricə getmək üçün məqam gözləmək, getdikdən sonra da səni ora aparanlara minnətdarlıq üçün hərəkətlər etmək kimi bir müraciətdir. Yazarın burda diqqət çəkmək istəyi və bunun üçün göstərdiyi çabalar da ortadadır.

“Yalnız qanında qarışığı olan adam Xocalı faciəsinin ildönümü günü belə bir müraciət edə bilər”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə hesab edir ki, Günel Mövludun qanında erməni qanı var. Millət vəkili Publika.Az -a açıqlamasında bildirib ki, G. Mövluda bu günə qədər Azərbaycanda nə yaradıcılığı, nə ictimai-siyasi fəaliyyəti, nə də hansısa hərəkəti ilə bağlı qadağalar olmayıb: “İndiyə qədər nə təqib, nə təzyiq olub. Amma necə olur ki, o xaricdə sığınacaq alır. Sığınacağı ona nəyə görə, hansı əsaslara görə veriblər? Bu qaranlıq məsələdir. Burdan bəlli olur ki, onun qanında erməni qanı var, elə buna görə də sığınacaq veriblər. Bu baxımdan belə insandan bundan başqa heç nə gözləmək olmaz”.
S. Novruzov hesab edir ki, yalnız qanında qarışığı olan adam Xocalı faciəsinin ildönümü günü azərbaycanlıların başına bu faciəni açan ermənilərə belə bir müraciət edə bilər.

“Günel Mövlud bununla erməni əsgərinin formasını geyinərək Xocalı soyqırımında onlarla birlikdə iştirak etmiş oldu”

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bunu sadəcə satqınlıq adlandırır. O, Publika.Az -a açıqlamasında deyib ki, bu, Milli köklərinə və tarixinə satqıncasına üz döndərməyin bariz formasıdır: “Bütün tarixində həmişə milli satqınlar olub. Amma əlbəttə ki, özü Qarabağdan ola-ola, dədə baba yurdu bu gün erməni işğalı altında ola-ola erməniyə baş əymək, qarşısında diz çökmək mənəvi hissələrin itirilməsi deməkdir. Xocalı işğalı günü 613 nəfər ermənilər tərəfdən öldürülmüş xocalılının ruhuna arxa çevirərək belə addım atmaq, əslində Günel Mövludun da erməni əsgərləri ilə birlikdə xocalılara qarşı hücumda iştirak etməsi deməkdir. Mən təəssüf edirəm ki, azərbaycanlılar arasında, özü də Azərbaycan qadını arasında belələri də tapıldı. Əkrəm Əylisli variantı az idi, indi də Günel Mövlud variantı çıxdı”.

A. Mirzəzadəyə görə, bu, mənəviyyat, milli, şərəf satqınlığıdır.
“Uzun müddət Azərbaycanda yaşayaraq erməni işğalının fəsadları atmosferini duymağına baxmayaraq, sonda belə asanlıqla erməniyə tərəf keçməyin adı ancaq satqınlıq ola bilər. O, Azərbaycanda yaşayarkən özünün qeyri-adi addımları ilə seçilməyə çalışırdı. Sonda Avropaya mühacir etmək üçün də erməni saytlarına müsahibə verdi və onlara məhəbbətini bildirdi. Görünür o, bu yola daxilən hazır imiş. Sadəcə olaraq, satqın olmaq yolunu tez keçdi. Bu addımı ilə o, əslində mənəvi cəhətdən erməni əsgərinin formasını geyinərək 26 fevral 1992-cı ilin Xocalı soyqırımında onlarla birlikdə iştirak etmiş oldu”-deyə A. Mirzəzadə vurğulayıb.

“Allah bunların bəlasını versin”

Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov Publika.Az -a açıqlamasında bu müraciəti əxlaqsızlıq adlandırır. Onun sözlərinə görə, bu gün dünya durduqca azərbaycanlıların başını aşağı edəcək bir soyqırımın ildönümüdür, xalq qan ağlayır: “İnsanlarımızı düşmənlərimizlə savaş çağırmaq əvəzinə onlardan üzr istəmək əxlaqsızlıqdır. Bunu edən bu millətə xas insan deyil. Onlar Allah bilir kimdən və nə cür əmələ gəlmiş əxlaqsızlardır. Ermənilər körpələrimizi necə doğradıqları haqqında kitab yazır, bununla fəxr edirlər, bunlarsa onlardan üz istəyir. Allah bunların bəlasını versin. Belə adamlara deməyə söz tapmıram”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm