• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Arif Hacılı Rəsul Quliyevə cavab verdi

  • Nida.az
  • 26 Fevral 2014 19:18
  • 465 Baxış
Arif Hacılı Rəsul Quliyevə cavab verdi


Müsavat Partiyasının ica aparatının rəhbəri Arif Hacılı sabiq spiker Rəsul Quliyev ittihamlarına cavab verib. Publika.Az -a xəbər verir ki, A. Hacılı Rəsul Quliyevinj müxalifəti yenidən hədəf aldığını deyib.

“Rəsul Quliyev son müsahibəsində yenə müxalifəti, müxalifət liderlərini hədəfə alıb. Onun əsas hədəflərindən biri olmağımı təbii sayıram. Müsavatçılığı qəbul etməyən, Müsavatı “gah bolşeviklərə, gah millətçilərə, gah federalistlərə gah da sosial demokratlara qoşulan” mövqesiz partiya adlandıran, İsa Qəmbər, hətta zaman -zaman Məhəmmədəmin bəy haqqında hədyan danışan birinin haqqımda müsbət bir söz deməsi qeyri-təbii olardı. Məni “nəyi yanlış yapdım?” - deyə düşünməyə vadar edərdi”-deyə o bildirib.

Qeyd edək ki, R.Quliyev Teleqraf.com-a müsahibəsində qeyd edib ki, A.Hacılı Müsavat Partiyasının başqanı olsa, Müsavat Partiyası siyasi səhnədən silinəcək.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR