• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“İnşallah, Kırımda Xocalı təkrarlanmaz”- Son durum - özəl

  • Nida.az
  • 27 Fevral 2014 11:55
  • 4 227 Baxış
“İnşallah, Kırımda Xocalı təkrarlanmaz”- Son durum - özəl

“Kırım parlamenti və Nazirlər Kabinetinin binası silahlı insanlar tərəfindən işğal edildikdən sonra orda Rusiya bayrağı qaldırılıb. Hazırda qarşıdurma davam edir”.

Bu barədə Kırım Xəbər Agentliyinin əməkdaşı Esma Kasar Publika.Az -a açıqlamasında Kırımdakı son durum haqqında məlumat verərkən deyib.

Onun sözlərinə görə, vəziyyətin sakitləşəcəyini gözləsələr də, bunun əksinə olaraq daha da gərginləşib: “Qarşıdurmada 30-a yaxın şəxs yaralanıb. İki nəfər ölüb. Ölənlərdən birinin ürək tutmasından vəfat etdiyi deyilir. Dövlət qurumlarının binalarını zəbt edənlər hələ tələbələrini irəli sürməyiblər”.

E. Kasar bildirib ki, Kırım tatarları Ukraynanın bütövlüyünü istəyirlər.

“Amma burdakı rus kəsim Moskvaya üz tutub. Yarımadada tatarların sayı 300 minə yaxındır. Rus kəsim isə daha çoxdur”-deyə o bildirib.

E. Kasar əlavə edib ki, Kırım tatarları durumla barışmırlar: “Dövlət binalarını zəbt edənlərə qarşı həmlələr edirlər. Vəziyyət qarışıqdır. Həmçinin dünya birliyi vəziyyətlə bağlı məlumatlandırılır”.

Xocalı soyqırımını xatırladan E. Kasar Kırımda da belə bir qətliamın olması ehtimalını yüksək dəyərləndirib və “İnşallah, Kırımda Xocalı təkrarlanmaz” deyə bildirib.


Asif


Xəbər lenti

DAHA ÇOX XƏBƏR