Rus BTR-ləri Kırıma doğru - Foto
Bizi izləyin

Nida.az

Rus BTR-ləri Kırıma doğru - Foto

Rus BTR-ləri Kırıma doğru-Foto

Kırımda Rus ordusu hərbi hazırlıq vəziyyətə gətirilib.

Zirehli maşınların Rusiyanın Qaradəniz donanmasına aid olduğu açıqlandı

***

Kırım tatarlarının Publika.Az –a göndərdiyi fotodan da görünür ki, zirehli maşınlar Rusiya hərbi istehsalı olan BTR-lərdir. BTR-lərin fotosu Akmescit-Smferpol yolunda olarkən çəkilib.

Bura Rusiya hərbi bazasının yerləşdiyi Sevastopoldan 150 kilometrlik məsafədə yerləşir.

Qeyd edək ki, artıq Kırım Muxtar Respublikasının parlament binası və Nazirlər Kabineti yarımadadakı rus kəsimi tərəfindən tutulub, Rusiyanın bayraqları qaldırılıb.

Ehtimal olunur ki, Rusiya Kırıma əlavə qoşun yeridə bilər.
Kırım Dərnəyindən Publika.Az –a bildiriblər ki, bu ehtimal yüksəkdir. Amma hələlik dəqiq heç nə bilinmir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm