“Krımın Rusiyaya bağlanması tatarların fəlakəti olacaq”
Bizi izləyin

Nida.az

“Krımın Rusiyaya bağlanması tatarların fəlakəti olacaq”

“Krımın Rusiyaya bağlanması tatarların fəlakəti olacaq”

Krım tatarları Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəkə müraciət edib.

Bununla bağlı Krım Dərnəyi başqanının köməkçisi Namık Kemal Bayar Publika.Az -a məlumat verib.
Müraciət bu gün Türkiyəyə səfər edən Rusiya Dövlət Dumasının rəhbəri ilə bağlıdır. Müraciətdə deyilir: “Hörmətli TBMM sədrimiz.

Bu günkü proqramınızda Rusiya Dövlət Dumasının sədri ilə görüşünüz var. Son günlərdə Ukrayna və Krım Muxtar respublikasında yaşanan olayları yaxından izlədiyini bilirik.

Xüsusilə Krımda Rusiya tərəfdarı olan separat qrupların fəaliyyəti Türkiyədə yaşayan biz Kırım tatarlarının narahat edir. Kırımın Ukraynadan ayrılaraq Rusiyaya bağlanması Krım tatarlarının fəlakəti olacaq.

Bu hissin uca Türk dövlətimizin və sizlərin də ürəyində daşıdığını bilirik. Krım tatarlarının tək ümidi Türkiyədir. İstəklərimizin birbaşa Duma sədrinə deməyinizi rica edirik”.

Daha sonra Dərnəyin Krımda baş verənlərlə bağlı bəyanatı Cəmil Çiçəyin diqqətinə çatdırılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm