• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Krımda dövlət binalarını tutan “işğalçılar” nə tələb edirlər?

  • Nida.az
  • 27 Fevral 2014 13:40
  • 706 Baxış
Krımda dövlət binalarını tutan “işğalçılar” nə tələb edirlər?

Krım Nazirlər Şurasının binasını tutan “işğalçılar”la danışıqlar aparılır.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, içəridə olan şəxslər Krım muxtariyyətinin müstəqilliyi haqqında referendumun keçirilməsini tələb edirlər.

Binanı ələ keçirənlər “niyə belə bir addım atmısınız?” sualına “referendumun keçirilməsini tələb edirik, qoy xalqın özü Kiyev və ya Moskva ilə birgə olacağını müəyyən etsin” cavabını veriblər.

“Hazırda işğalçılar və Krım siyasətçiləri arasında danışıqlar gedir”, - deyə “Rus birliyi” Partiyasının mətbuat katibi Yekaterina Polonçuk bildirib.

Məlumata görə, hazırda muxtariyyətin paytaxtı Simferopolun bütün mərkəzi hissəsi daxili qoşunlar və milis tərəfindən mühasirəyə alınıb. Nazirlər Şurasının binası yaxınlığına yerləşən evlərin sakinləri isə təxliyyə edilir. Binanın üstündə Rusiya və Krımın bayraqları dalğalanır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR