• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Siyavuş Novruzov: “Tağı Əhmədovu işgüzar və peşəkar kimi tanıyıram”

  • Nida.az
  • 27 Fevral 2014 15:38
  • 742 Baxış
Siyavuş Novruzov: “Tağı Əhmədovu işgüzar və peşəkar kimi tanıyıram”

“Tağı Əhmədovu işgüzar və öz işinin peşəkarı kimi tanıyıram”. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında belə deyib.

Uzun müddət Bakı Metropoliteninin rəisi işləmiş Tağı Əhmədov bu il fevralın 27-də vəzifəsini itirib. Fevralın 27-də prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqda sərəncam imzalayıb və Zaur Hüseynovu bu cəmiyyətin sədri təyin edib.

Siyavuş Novruzov bildirib ki, Tağı Əhmədov YAP-da da vəzifə tutur, partiyanın Yasamal rayon təşkilatının sədr müavinidir: “Partiyanın bütün tədbirlərində fəal iştirak edir. Öz sahəsində fəhləlikdən rəisliyə kimi yüksəlib, buna zəhməti və işgüzarlığı ilə nail olub”.

Son zamanlar metrodakı vəziyyətdən narazılığın artmasına gəlincə, Siyavuş Novruzov deyib: “Dünyanın istənilən ölkəsində nəqliyyatın müxtəlif növlərindən həm razı, həm də narazı olan insanlar var. Bu məsələyə hər kəs bir formada yanaşır”.

Tağı Əhmədovun vəzifədən çıxarılması üçün ciddi əsasların olub-olmadığına gəlincə, YAP icra katibinin müavini deyib ki, bu, prezidentin səlahiyyətinə aid məsələdir: “Hər bir məsələ araşdırılandan sonra qərarlar qəbul edilir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR